12 yanvar 2025 14:41
529

Bu gün Səudiyyə Ərəbistanında "El-Klassiko" var

Bu gecə İspaniya Superkubokunun qalibi müəyyənləşəcək.

“İki sahil” xəbər verir ki, sözügedən oyunda əzəli rəqiblər "Real" və "Barselona" üz-üzə gələcək.

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "King Abdullah Sports" arenasında keçiriləcək "El-Klassiko" Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

12 yanvar

İspaniya Superkuboku

Final

23:00."Real" - "Barselona"

Ciddə. "King Abdullah Sports"