11 yanvar 2025 11:03
612

Kamran İmanov "Sumqayıt"da

"Sumqayıt" klubu heyətinə yeni basketbolçu qatıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub "Sərhədçi"dən ayrılan Kamran İmanovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, İmanov ötən mövsüm də Sumqayıt təmsilçisində forma geyinib.