10 yanvar 2025 17:15
83

"İnter Mayami"dən Neymar açıqlaması

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano "Əl-Hilal"ın futbolçusu Neymarı transfer edəcəkləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis bu məlumatları şayiə adlandırıb:

“Neymar haqqında danışa bilmərik, çünki əlimizdə heç nə yoxdur. Təbii ki, o, əla oyunçudur. Dünyanın istənilən məşqçisi Neymarı öz komandasında görmək istəyərdi. Lakin siz MLS-də maaş limiti qaydalarını bilirsiniz. İndi bizim Neymarı transfer etmək imkanımız yoxdur”.

Qeyd edək ki, Neymar 2023-cü ilin yayından "Əl-Hilal"ın futbolçusudur. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. Braziliyalı oyunçu bu mövsüm zədələr səbəbindən cəmi 2 matçda meydana çıxıb.