10 yanvar 2025 16:48
129

Türk dövlətlər təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər

Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır".

"Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır", - dövlət başçısı əlavə edib.

İdeyası 1996-cı ildə Türkiyənin o zamankı prezidenti Nəcməddin Ərbakan tərəfindən ortaya atılan əməkdaşlıq ittifaqı rəsmən 1 ildən sonra təsis olundu. Öz ətrafında 8 müsəlman ölkəsini birləşdirdiyindən adındakı “8” rəqəmi də buna işarə edir. Qurulduğu gündən bəri dəyişməyən həmin üzvlər bunlardır: Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya. Üzvlərinin hamısı müsəlman ölkəsi olduğundan bu təşkilatı “İslam İttifaqı” da adlandıranlar var. Təsadüfi deyil ki, ittifaq üzvləri həm də İslam Əməkdaşlıq Təşkilatında yer alırlar.

Adındakı “D” rəqəmi isə üzv ölkələrinin zəifliyinin inikasıdır. İngilis dilindəki “Developing” (inkişaf etməkdə olan) sözündən götürülüb və onun qısaldılmış şəklidir. Başqa sözlə desək, D-8 bəzi ikinci dünya dövlətlərini bir araya gətirən təşkilatdır.

Dünyanın inkişaf etməkdə olan bəzi müsəlman ölkələrinin bir araya gəlməsindən yaranan D-8-in qarşıya qoyduğu başlıca hədəf Qərb imperializminin istismarına qarşı dirəniş, əl-ələ verib müasir dünyanın amansız rəqabətdən üzüağ çıxmaqdır. İmperializmə qarşı dirəniş D-8-in bayrağındakı ulduzlarla simvollaşdırılmış prinsiplərində də öz əksini tapıb: ittifaqın bayrağında 6 ulduz var. Hər ulduz bir prinsipi əks etdirir. D-8-in qarşıya qoyduğu prinsiplər isə bunlardır:

Müharibə yox, sülh,

Qarşıdurma yox, dialoq,

İkili standart yox, ədalət,

Üstünlük yox, bərabərlik,

İstismar yox, əməkdaşlıq,

Hegemonluq və təzyiq yox, insan hüquqları, azadlıq və demokratiya.

Prezident həmçinin çıxışında qeyd edib:"İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır", - dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir: "Çünki bu sistem artıq tükənib. Bunu mən demirəm. Bunu Amerikanın bir neçə gündən sonra Prezidenti olacaq cənab Tramp deyir. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir. Məsələn, biz hesab edirik ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər.

D-8 üzvləri nə qədər inkişaf etməkdə olan ölkələr sayılsalar da, onların birgə çox ciddi iqtisadi və siyasi gücü mövcuddur. İttifaqda yer alan 8 müsəlman ölkəsinin 1 miyarda yaxın əhalisi var. Ərdoğanın ittifaq üzvlərinin sayını 20-ə çatdırmaq hədəfi baş tutarsa, bu rəqəmin xeyli artacağını və dünya əhalisinin önəmli bir qısmini ətrafında toplayacağını güman etmək olar. Bu isə perspektivdə iqtisadi əməkdaşlıqların arzulanan səviyyədə qurulması nəticəsində böyük iş gücü potensialı deməkdir. Müsəlman ölkələrinin demokratikləşməsi, insan hüquq və azadlıqlarının tam təmin olunması iqtisadi böyüməyə yol aça bilər ki, D-8-in başlıca prinsirləri arasında bu da var.

İnsan sayına görə, dünya əhalisinin önəmli qismini özündə cəmləşdirən D-8-in iqtisadi artımı beynəlxalq siyasətdə nüfuzunun artmasına səbəb olmuş, bir çox ciddi qurumlar tərəfindən hesablaşılan ittifaqa çevirmişdi. 2014-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ona "müşahidəçi statusu" verilməsi də bunun təzahürlərindən biridir.

Qərb dünyası tərəfindən sıxışdırılan Azərbaycanın bu ittifaqda yer alması onun həm iqtisadi yüksəlişində, həm də regional problemlərinin həllində bəzi avantajlar qazanmasında, müsbət rol oynaya bilər.

Aygün Xudayeva,
48 nömrəli məktəbin müəllimi