Mersində (Türkiyə) Akdeniz Bələdiyyəsinin sədri Hoşyar Sarıyıldız və 5 bələdiyyə məclisi üzvü saxlanılıb.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, Mersin Respublika Baş Prokurorluğunun koordinasiyasında Vilayət Təhlükəsizlik Müdirliyi qrupları "terror təşkilatının təbliğatını aparmaq", "silahlı terror təşkilatına üzv olmaq", "pozuculuq" cinayətlərini törədən şəxslərlə bağlı, eləcə də “Terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında” və 2911 saylı “Yığıncaq və nümayişlər haqqında” qanunun pozulması” ilə bağlı araşdırma başlanılıb.
İstintaq çərçivəsində Akdeniz Bələdiyyə Başçısı Hoşyar Sarıyıldız, Bələdiyyə sədrinin müavini və Şura üzvü Nuriye Arslan, Akdeniz Bələdiyyəsi DEM Partiyası məclis üzvləri Özgür Çağlar, Neslihan Oruç, Yakup Danış və Hikmət Bakırhan saxlanılıb.
Akdeniz Bələdiyyəsində axtarış aparan polis qrupları da binanın qarşısında və ətrafında təhlükəsizlik tədbirləri görüb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”