10 yanvar 2025 10:49
106

İDF: Yəməndən atılan üç PUA ələ keçirilib

İsrail ordusu Yəməndən İsrailə üç pilotsuz təyyarə hücumu həyata keçirdiyini açıqlayıb.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı məlumata görə, ilk atılan pilotsuz təyyarə Misir sərhədinə təxminən 20 kilometr uzaqlıqdakı Qvulot bölgəsində İsrail Hava Qüvvələri tərəfindən ələ keçirilib. Yəməndən atılan digər iki pilotsuz təyyarənin Aralıq dənizi üzərində zərərsizləşdirildiyi bildirilərkən, İDF pilotsuz təyyarələrdən birinin bloklandığı anın görüntülərini ictimaiyyətlə paylaşıb.

İsrail mediası hücumlar nəticəsində insan tələfatı və dağıntıların olmadığını bildirib.

Hücumların Yəməndə İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirildiyi güman edilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”