09 yanvar 2025 17:24
122

Şanxayda Rusiyadan gətirilən saxta malların satıldığı 40-dan çox mağaza aşkarlanıb

Şanxay Bazar Tənzimləmə İdarəsi Rusiya məhsullarının satıldığı 47 mağazanın fəaliyyətində pozuntular müəyyən edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu haqda Çinin ECNS agentliyi məlumat yayıb.

Yoxlamalar göstərib ki, bu mağazaların əksəriyyəti lazımi lisenziya olmadan fəaliyyət göstərir. Onlarda Rusiyadan idxal olunan malların payı çox aşağıdır.

Bəzi mağazalar “milli pavilyonlar” adlansa da, onlarda Rusiyadan gələn saxta malların satıldığı məlum olub.