09 yanvar 2025 13:36
106

Aktürkoğlu və Kökçünün komandası finalda

Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün də formasını geyindiyi "Benfika" Portuqaliya Liqa Kubokunda finala adlayıb.

“İki sahil” xəbər verir ki, komanda yarımfinalda "Braqa" ilə qarşılaşıb. "Benfika" 3:0 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.

Matçda hesabı 27-ci dəqiqədə Anhel di Mariya açıb. Cəmi 1 dəqiqə sonra Alvaro Karreras fərqi artırıb. 37-ci dəqiqədə isə Di Mariya özünün 2-ci, komandasının 3-cü qolunu vurub.

Keremlə Orkun da bu matçda iştirak ediblər. Orkun meydana start heyətdə çıxıb və 65-ci dəqiqədə Renato Sançezlə əvəzlənib. Kerem isə eyni dəqiqədə Andreas Şxelderupun yerinə oyuna daxil olub.

"Benfika" turnirin finalında "Sportinq"lə qarşılaşacaq. Matç yanvarın 11-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.