09 yanvar 2025 09:18
116

Əsma Əsəd Britaniya agentidir? Çox məxfi sənədlər deşifrə edildi

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin xanımı, bir vaxtlar Suriyanın müasir siması kimi təqdim edilən London əsilli Esma Əsəd səhhətindəki problemlər və boşanma dedi-qodularından fərqli bir məsələ ilə gündəmə gəlib.

“İki sahil” xəbər verir ki, Böyük Britaniyada yerləşən “UK Declassified” Əsma Əl-Əsədin Britaniya kəşfiyyatı ilə əlaqəsi olduğunu iddia etdi.

Yayımlanan son dərəcə məxfi sənədlərdə Esma Əsədin 1994-cü ildə İngiltərədə əks-kəşfiyyat fəaliyyətlərində iştirak etdiyi və MI5 rəsmiləri ilə görüşlər keçirdiyi iddia edilib.

Dərc edilmiş sənədlərin birincisində Esma Əsədin Britaniya kəşfiyyatı ilə əlaqələri ilə bağlı təfərrüatlar var.

Sənəddə Esma Əsədin “Chesterfield Mayfair” otelində İngiltərə Məxfi Xidməti MI5-in yüksək rütbəli rəsmisi Eliza Manningham-Buller ilə təkbətək görüş keçirdiyi bildirilir.

Görüşdə Suriya lideri Bəşər Əsədin də iştirak etdiyi bildirilib.

Sənədlərdə 1994-cü ildə Esma Əsədin atası Dr. Fəvaz Əl-Əxrasın Aktondakı evində keçirilən şəxsi görüşə qatıldığı da bildirilir.

Bu görüşdə həm hərbi, həm də mülki Britaniya rəsmilərinin iştirak etdiyi və görüşdə Suriya-İsrail münasibətləri və regional sülh danışıqlarının müzakirə edildiyi vurğulanıb.

Sənədlərdəki digər mühüm iddia isə Bəşər Əsədin İngiltərədə təhsil aldığı müddətdə fəaliyyətinin İngiltərə və Suriya kəşfiyyatı tərəfindən yaxından izlənilməsidir.

Hesabatlarda Əsədin akademik araşdırmalarından kənara çıxdığı, diqqətini siyasi məsələlərə yönəltdiyi və onun gələcək siyasi yönümünü qiymətləndirməyə cəhd edildiyi bildirilir.

İddialara görə, Bəşər Əsədin Suriya-İsrail münasibətləri və regional siyasətləri ilə bağlı fikirləri diqqətlə öyrənilib və onun gələcəyə yönəlməsi ehtimalı ilə bağlı məlumatlar toplanıb.

Suriya kəşfiyyatına aid olduğu iddia edilən sənədlərdə o vaxtkı Kəşfiyyat İdarəsinin rəisi general-mayor Əli İsa Dubanın imzası var.

Məhərrəm Ağalaroğlu, “İki sahil”