ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper istefa verib.
“İki sahil” xəbər verir ki, bu haqda “Politico” öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşr yazır ki, Kuper Rusiya hərbi əməliyyatları başlayandan bəri Amerikanın Ukraynaya hərbi yardımının çatdırılmasında mühüm rol oynayıb.
Laura Kuper 20 ildən çoxdur Pentaqonda işləyir. Nəşrin yazır ki, Kuperin Ukrayna hökumətinin bir çox nümayəndələri ilə yaxşı münasibəti var. "Politico "onun işdən çıxarılmasını Donald Trampın prezident seçkilərində qələbəsi ilə əlaqədar ABŞ Müdafiə Nazirliyində artan narahatlıqla əlaqələndirir.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Pentaqonun rəhbər müavinləri vəzifəsinə namizədləri seçib. Onlardan biri Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin keçmiş əməkdaşı Maykl Daffi idi. Daffi 2019-cu ildə Pentaqona Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketinin qarşısını almağı tapşırmışdı.