Cənubi koreyalı müstəntiqlər ölkənin sabiq Prezidenti Yun Sok-Yolu həbs etmək üçün ikinci cəhdə hazırlaşacaq.
“İki sahil” Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Koreya Respublikasının Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri O Don Sun deyib. Məmur sabiq Prezidentin ikinci həbs qərarının nə vaxt verilə biləcəyini dəqiqləşdirməyib.
O Don Sun sabiq dövlət başçısının həbsi ilə bağlı birinci cəhdin uğursuzluğu ilə bağlı tənqidlərə cavab olaraq üzr istəyib və orada “bir çox gözlənilməz halların” baş verdiyini vurğulayıb.