04 yanvar 2025 18:40
417

AGF rəsmiləri güləş zalının fəaliyyəti ilə tanış olublar

Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri 4-cü mikrorayonda yerləşən güləş məktəbinin fəaliyyəti ilə tanış olublar.

“İki sahil” xəbər verir ki, AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Nazim Əlicanov fedarasiyanın 2024-cü ildən inventar və maddi dəstək verdiyi güləş məktəbinə təşrif buyurublar.

Sərbəst güləş üzrə məşqlərin keçirildiyi bu zalda yeniyetmələr arasında Avropa çempionu və dünya üçüncüsü Elman Ağayev, U-15 Avropa çempionatının mükafatçıları Fərhad Süleymanlı və Nihad Süleymanlı yetişib.

Məşqçilər Əlisa Abbasov və Elxan İskəndərovun rəhbərliyi altında həftənin 6 günü burada ödənişsiz məşqlər keçirilir. Hal-hazırda sözügedən məktəbdə 60-dan çox yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.