04 yanvar 2025 12:38
130

Myanmada amnistiya - 6 min məhbus azad ediləcək

Myanma hərbi hökuməti ölkənin müstəqillik günü ilə bağlı amnistiya çərçivəsində 6000 məhbusu azad edəcək.

“İki sahil” DHA-ya istinadla xəbər verir ki, müstəqilliyinin 77-ci ildönümündə çevriliş hökuməti tərəfindən idarə olunan Myanmada 6000 məhbus azad ediləcək, bəzi məhbusların cəzaları azaldılacaq.

Qeyd edək ki, 1948-ci ildə ölkənin müstəqilliyini elan etməsindən sonra Myanma xalqı tərəfindən hər il yanvarın 14-ü Müstəqillik Günü kimi qeyd olunur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”