Rusiya qoşunları Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttini yarıb keçmək cəhdinin qarşısını alıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bi barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya qoşunlarının Kursk istiqamətində irəliləyişini dayandırmaq üçün düşmən Bolşoy Soldatskoye kəndi istiqamətində hücum qrupları ilə əks-hücuma keçib”, - deyə, nazirliyin məlumatında deyilir.
Ukrayna Silahlı Qüvvələrinin hücum cəhdi aviasiya və artilleriyanın dəstəyi ilə Şimal qoşun qrupunun döyüşçüləri tərəfindən dayandırılıb.
Qeyd edək ki, yanvarın 5-də səhər saatlarında Ukrayna ordusu Kursk vilayətində Berdin ferması istiqamətində əks-hücum keçirməyə cəhd edib.