ATƏT Parlament Assambleyasının sədri Pia Kauma Gürcüstana səfərini təxirə salıb.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Kauma “X” hesabında açıqlayıb.
Onun ölkəyə səfəri yanvarın 8-10-na planlaşdırılırdı.
Bununla yanaşı, Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvili Kaumanın bu addımını “çox müdrik qərar” adlandırıb.
Xatırladaq ki, yanvarın 5-də Gürcüstanın üç müxalif koalisiyası - “Güclü Gürcüstan”, “Dəyişikliklər naminə” və “Birlik - Milli Hərəkat” partiyaları ATƏT PA sədrini ölkəyə səfərini təxirə salmağa çağırmışdılar.
Onlar iddia ediblər ki, Gürcüstan rəhbərliyi Kaumanın səfərindən öz legitimliyi üçün istifadə edəcək.