06 yanvar 2025 15:06
129

Ukrayna ordusunun Kursk vilayətindəki hərəkətləri danışıqlar üçün vacibdir - Blinken

Rusiyanın Kursk bölgəsindəki vəziyyət, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri Ukraynadakı münaqişənin həlli üzrə gələcək danışıqlar üçün həlledici əhəmiyyət kəsb edir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Bu barədə “European Truth” məlumat yayıb.

Qəzet Blinkenin sözlərindən sitat gətirib: "Onların Kurskdakı mövqeyi vacibdir, çünki bu, əlbəttə ki, gələn il baş tuta biləcək istənilən danışıqlarda nəzərə alınacaq bir məsələdir".