31 dekabr 2024 15:10
258

El bir olsa dağ oynadar yerindən

Hər il dekabrın son günü Dünya azərbaycanlıların həmrəlik və birlik günü kimi qeyd olunur. Həmrəylik Günü Azərbaycan dövlətinin həm Azərbaycanda, həm də digər dünyada dövlətlərində yaşayan bütün azərbaycanlıların birlik, bərabərlik simvoludur. Bu tarix azərbaycançılıq ideologyasını ön planda saxlayır...Həmçinin, biz bu bayramda milli ruhumuzun gücünü göstərən ortaq adət-ənənələrin və ortaq dəyərlərin ətrafında birləşməyimiz həm də özünüdərkin güclü olmasını göstərmək üçün əsas vasitələrdən biridir.

Bəs bu bayramı hansı yollardan keçdikdən sonra qeyd etməyə başladıq? Dekabrın 31 Həmrəylik Günü kimi qeyd olunması keçən əsrin 80-ci illərinin axırlarında ölkədə baş verən hadisələrin nəticəsi ilə azərbaycanlıların azad, müstəqil olmağa, azad yaşamağa olan istəklərini artırdı. Həmin illərdə ermənilərin fitnəkarlığı və təcavüzü nəticəsində Qərbi Azərbaycan və Qarbağ bölgəsində yaşayan insanların öz ata baba yurdundan qovulması, didərgin edilməsi, mlli azadlıq hərəkatının başlamasına səbəb oldu.  1991 ci ilin dekabrın 16 da Ümummilli Lider Heydər Əliyevin  təşəbbüsü ilə azərbaycanlıların birliyinin vacibliyini nəzərə alınaraq 31 dekabr Həmrəylik Günü elan edildi. Ulu Öndər Heydər Əliyev bu birliyin, bərabərliyin, milli-mənəvə dəyərlərin qorunmasıyla bağlı dəyərli fikirlərini səsləndirmişdir. Ulu Öndərin "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamları azərbaycanlılar üçün rəmzə çevrilmişdir. Bu gün biz Ulu Öndərimizin siyasətinin laqyiqli davamçsı olan Prezident İlham Əliyevin siyasətində bu birliyin bərabərliyinin necə güclü olduğunu  görə bilirik.

Dünya azərbaycanlılarının birıliyini  44 günlük Vətən müharibəsində gördük. Müharibə dövründə dünya azərbaycanlıları ”Dəmir yumruq” ətrafında birləşərək gücünü, birliyini, yenilməzliyini göstərdi. Bütün dünya bu birliyink zəfərinə şahid oldu. Əminliklə deyə bilərik ki,  güclü olmaq üçün hər zaman bu birliyi qorumalıyıq.  Necə dəyərlər - El bir olsa, dağ oynadar yerindən.

Fidan Elturan qızı,
Bakı Slavyan Universeti,  
Jurnalistika ixtisası üzrə 3-cü kurs tələbəsi