Ümummilli lider Heydər Əliyev təkcə xilaskar, qurucu lider deyil, həm də birləşdirici sima kimi həmrəyliyimizin baş ideoloqu olmuşdu. Xalq, vətəndaş həmrəyliyinə nail olan Ulu öndər xaricdə yaşayan azərbaycanlıların mənəvi birliyinə çalışmış, onların vahid ideya ətrafında birləşmələrinə geniş yol açmışdı. Böyük strateq dünya azərbaycanlılarının təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlamaqla onların azərbaycançılıq ideologiyası əsasında həmrəyliyini təmin etdi.
Dünya Azərbaycanlılarının Həmrəyliyinin təşkilati təsdiqi kimi 2001-ci ildə Dünya Azərbaycanlılarının Bakı şəhərində I qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı. 400-dən çox nümayəndənin iştirak etdiyi bu qurultay mahiyyət baxımından həmrəylik oldu.
Ümummili Liderin siyasi kursunu davam etdirən cənab Prezident İlham Əliyev dünya azərbaycanlılarının vahidləşməsi istiqamətində uğurlu və məqsədyönlü işlər aparıb. Diaspor siyasəti məqsədə uyğun, çevik və müasir tələblərə cavab verən istiqamətdə aparıldı. Xaricdə yaşayan azərbaycanlılar Vətənlə bağlı proseslərə fəal qoşuldular, Azərbaycan həqiqətlərinin dünyada yayılmasına önəmli dəstək verdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə milli həmrəylik ideyası daha da güclənib. Ölkə başçı xüsusi ilə qeyd edir ki, biz daha güclü və təşklilatlanmış Azərbaycan diasporuna malik olmalıyıq. Çünki bunun üçün imkanlar da vardır: “Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır”. Prezident İlham Əliyevin bu sözləri Azərbaycan dövlətinin bu mövzuda necə qərarlı olduğunu sübut edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı, həm də “Zəfər Qurultayı” olaraq adlandırılır. Bu tarixi tədbir Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı böyük qələbədən sonra milli həmrəyliyimizin simvoluna çevrildi. Qurultayda Prezident İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq, dövlətimiz isə qalib dövlət kimi tarixdə yer alacaq.” Şuşada keçirilən bu tədbir həm də işğaldan azad edilmiş torpaqlarda yeni inkişaf dövrünün başlandığını nümayiş etdirir.
Dünya Azərbaycanlıları Gününün simvolu olan “Biz birlikdə güclüyük” devizi ilə Cənab Prezidentin rəhbərliyi və məqsədyönlü siyasətlə Azərbaycan yeni zirvələrə uğurla addımlayacaq.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı