24 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev, idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. omitəsinin Dövlət başçısı, bu mərasimdə çıxış edərək, ölkə idmanının cari ildəki intensiv inkişafını, idmançılarımızın əzmlə qazandığı nailiyyətləri ,habelə, idmanın gələcəkdə əldə ediləcək uğurlarına inamını xüsusi qeyd etmişdir.
Ölkə başçısı, idmançılarımızın il ərzində 1700-ə yaxın medal qazanmasını, ilin ən böyük tədbiri olan Yay Olimpiya Oyunlarında 200 ölkə arasında 30-cu yerə, 60 müsəlman ölkəsi arasında 3-cü yerə layiq görülməsini tarixi nəticə olaraq qeyd etmiş və onlara öz təşəkkürünü bildirmişdir.
Dövlət başçısı, ölkə siyasətində idman sahəsinin prioritet sahə olduğunu, idmançılardan gələcək illərdə daha çox qələbələr gözlədiyini və bu cür qələbələrin ictimai məkanda ciddi önəm kəsb etdiyini vurğulamışdır.İdmanla analoji olaraq gənclər sahəsini, idman və gənclər məsələlərinin ayrılmaz bir tərkib olduğunu, gənclərin sağlam həyat tərzi və sağlam düşüncəsinin inkişafı olaraq, onların vətənpərvərlik ruhunun sağlam formada yüksəlməsini və gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında idmanın mühüm amil olmasını əsas meyar olaraq qeyd etmişdir.
Yeni ildə ölkəmiz, böyük idman yarışı olan MDB Oyunlarına mərkəz Gəncə şəhəri olmaqla 14 şəhərdə ev sahibliyi edəcək. Bunun üçün zəruri olan bütün tədbirlər görülmüşdür.Bu cür beynəlxalq yarışların mütəmadi olaraq ölkəmizdə keçirilməsi dövlət başçımızın idmana olan diqqət və qayğısının və dünya arenasında ölkəmizin bütün sahələrdə olduğu kimi idman sahəsində də əsas söz sahibi olmasının bariz nümunəsidir.
Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman xalqın rifahını yüksəltmək siyasət həyata keçirir. Azərbaycan xalqı şanslı xalqdır ki, onun dövlət başçısı ölkənin işğal olunmuş tarixi torpaqlarını geri qaytararaq,dövlətin suverenliyini bərqərar etmiş və xalqa böyük sevinc hissi bəxş etmişdir. Bu gün, Azərbaycan xalqı zəfər qazanmış güclü dövlətin qalib xalqıdır.
Tural İsmayılov
Bakı Şəhər Gənclər və İdman İdarəsi Xətai rayon sektoru,
aparıcı məsləhətçi