24 dekabr 2024 16:50
133

Həm Rusiya, həm də Azərbaycan üçün mühüm siyasi addım

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

Rusiyanın TASS agentliyi Prezident İlham Əliyevin rəsmi Bakının Qarabağın bərpasında Rusiya şirkətlərinin iştirakını və Rusiyadan investisiyaların yatırılmasını alqışlaması barədə dediklərini oxucularına çatdırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti xarici investisiyalar üzrə birinci layihənin Rusiyaya məxsus olduğunu vurğulayıb.

Müsahibədə Rusiya-Azərbaycan münasibətləri, Gürcüstandakı hadisələr, o cümlədən Rusiya-Ukrayna savaşı və onun gələcək inkişaf ssenariləri, Türkiyə ilə münasibətlərə də toxunulub. Kiselyov da müsahibə üçün yetərincə qlobal və regional mövzuları əhatələməyi bacarmışdı. Fəaliyyəti başa çatmış Borrel illər ərzində Azərbaycana kin-küdurət püskürmüşdü. Bunun başlıca səbəbi Vətən müharibəsindəki qələbəmiz idi. Avropa Parlamenti və onun nazirlər şurası, o cümlədən digər avroməmurlar əvvəlki illərdə də ölkəmizə qarşı çox sərt qiymətləndirmələrdən çıxışlar edirdilər. Bunun səbəbi ölkəmizin müstəqil siyasəti, Azərbaycanın forpost kimi Rusiya və İrana qarşı Qərbin siyasətinin icraçısı olaraq deyil, milli maraqlara söykənən siyasət yürütməsi idi.

Açıq demək lazımdır ki, Vətən müharibəsindəki qələbədən sonra Avropanın müxtəlif strukturları Azərbaycana qarşı beynəlxalq şəbəkini genişləndirdilər. Qərb təsisatlarında ölkəmizlə bağlı sərt qətnamələrin və qərarların verilməsi, ölkə rəhbərinin adına olan hücumlar, ölkəmizin demonlaşdırılması siyasəti aparılırdı. Bununla paralel olaraq ikitərəfli və çoxtərəfli əlaqələrimizə zərbə vurmaq üçün iqtisadi və siyasi təcridə məruz qoymaq niyyəti güdülürdü. Nə Borrell, nə Qərbin ölkəmiz əleyhinə şəbəkələşmiş digər strukturları, nə də vətən xainlərinin tribunasından ölkəmizin daim linç edilməsi arzu etdikləri səmərini vermədi. Borrell kimi şəxslər öz olduqları yerdən kənardakı bütün əraziləri cəngəllik kimi görür və ya cəngəlliyə çevirirlər. Aİ-nin əsas simaları mənəviyyatca aşağı və kindar şəxslərdir. Azərbaycan Prezidentinin Borrell üçün bənzətməsi də buna əsaslanır.      

Rəqəmsal faşizmi yaradan, ayrı-ayrı ölkələrin üzərinə hücuma keçən bu qüvvələrin ölkəmizə tətbiq etdikləri siyasət də bu cəngəllik münasibətindən qaynaqlanır. Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz.

M. Əliyeva,
Bakı şəhəri, Xətai rayonu, 55 saylı məktəbin müəllimi