22 dekabr 2024 23:59
103

Qılıncoynatma üzrə Azərbaycan çempionatı başa çatdı

Bu gün Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub.

“İki sahil” xəbər verir ki, yarışın ikinci günündə qılıncoynatmanın şpaqa növü üzrə qaliblər müəyyənləşib:

Oğlanlar:

1-ci yer: Ruslan Həsənov
2-ci yer: Emin Səfərbəyov
3-cü yer: Oruc Misirzadə, Səid Əliyev

Qızlar:

1-ci yer: Aynur Quliyeva
2-ci yer: Xədicə Həsənli
3-cü yer: Nəzrin Mehdiyeva, Nazilə Rəhimova

Qaliblər və mükafatçılar Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov tərəfindən diplom və medallarla təltif olunublar.