Azərbaycanda xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat birdəfəlik əkin subsidiyası veriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, xurma istehsalını və ixracını artırmaq məqsədilə dövlət tərəfindən xurma bağlarının salınması subsidiyalaşdırılır.
Bildirilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 1 sentyabr 2024-cü il tarixindən 2025-ci il mayın 31-dək Mərkəzi Aran, Şəki-Zaqatala, Qazax-Tovuz və Qarabağ iqtisadi zonalarında salınacaq xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək.
Qeyd olunub ki, bu subsidiya növü ən azı 2 hektarda salınmış, hər hektarda damcı suvarma sistemi quraşdırılmış, hektar üzrə ən azı 650 ting əkilmiş xurma bağlarına şamil edilir.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?