Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn və Omandan olan 27 turizm agentliyinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.
“İki sahil” xəbər verir ki, səfər müddətində Körfəz ölkələrinin turizm şirkətlərinin nümayəndələri Bakının turistik məkanları ilə yanaşı, “Şahdağ” Turizm Mərkəzini ziyarət edərək, ölkəmizin qış turizm imkanları və qış xizək mərkəzində təqdim olunan xidmətlərlə tanış olublar.
Tanışlıq səfəri çərçivəsində, həmçinin ikitərəfli əlaqələrin yaradılması və inkişaf etdirilməsinə dəstək məqsədilə 45-ə yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.
Qeyd edək ki, 2024-cü ilin 11 ayı ərzində Yaxın Şərq ölkələrindən 244 511 nəfər ziyarətçi gəlib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artım deməkdir.
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
“The Digital Banker” ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?