Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius RND-yə müsahibəsində Aİ-də pilotsuz təyyarələr ordusunun yaradıla biləcəyini istisna etməyib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, onun sözlərinə görə, bununla bağlı qərarı NATO qəbul edəcək. Lakin Aİ-nin bir çox ölkələri müasir dünyada PUA-ların rolunun vacibliyini artıq qeyd edirlər.
“Bizim pilotsuz təyyarə ordusuna ehtiyacımız olub-olmaması ilə bağlı qərarı NATO verməlidir... Üzv ölkələr bunu istəsə, biz bu təklifi nəzərdən keçirəcəyik”- deyə, Andrius Kubilius bildirib.
MERCOSUR sazişinə qarşı aksiyalarda etirazçılarla polis arasında toqquşma baş verib
ABŞ Qrenlandiya ilə bağlı Avropa ölkələrinə qarşı yeni tariflər tətbiq etməyəcək