İndi Azərbaycan elə güclüdür, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 25-də Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində olarkən sakinlə söhbətində deyib.
"İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik", - dövlət başçısı vurğulayıb.
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb