Türkiyə Superliqasının XIV turunda "Eyüpspor"la oyunda zədələnən "Qalatasaray"ın futbolçusu Abdülkərim Bardakcının durumuna aydınlıq gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı müdafiəçinin sol ayaq biləyindəki sümüklərdə ödəm (mayenin həddindən artıq yığılması) və ayaq biləyi bağlarında gərilmə aşkarlanıb.
Yerli mətbuat Türkiyə millisinin üzvünün təxminın 1 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb.
Qeyd edək ki, "Qalatasaray" "Eyüpspor"la heç-heçə edib - 2:2.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq