22 noyabr 2024 18:57
95

Rəşad Nəbiyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevlə görüşüb.

“İki sahil” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında hava nəqliyyatı, “ağıllı nəqliyyat” sistemləri və dəniz nəqliyyatı sahəsinin rəqəmsallaşdırılması üzrə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu istiqamətdə müvafiq işçi qrupunun yaradılması və bu çərçivədə müzakirələrin aparılması barədə razılığa gəlinib.