Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
“İki sahil” xəbər verir ki, hadisə Polad Həşimov küçəsində baş verib. 1983-cü il təvəllüdlü Musayev Tofiq İsmixan oğlu qonşusu ilə dava zamanı bıçaqlanıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.