İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın Hələb şəhərinin cənub-şərqində yerləşən hərbi obyektlərə aviazərbələr endirib.
“İki sahil” xəbər verir ki, bu barədə “Əl Hadath” telekanalı məlumat yayıb.
Suriyanın SANA agentliyi də hücumun İsrail qırıcıları tərəfindən edildiyini təsdiqləyib.
Digər təfərrüatlar açıqlanmır.