Rəsmi Tehran noyabrın 24-də Birləşmiş Ərəb Əmirliyində meyiti zorakılıq əlamətləri ilə tapılan israilli ravvin Zvi Koqanın ölümündə əli olduğunu inkar edib.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, istintaq İran tərəfindən işə götürülən və sonradan Türkiyəyə qaçan bir neçə Özbəkistan vətəndaşının qətlində şübhəli bilinir.
CNN Arabic-in məlumatına görə, İran İslam Respublikasının səfirliyi Birləşmiş Ərəb Əmirliklərində məskunlaşan Zvi Koqanın ölümündə əli olması ilə bağlı hər hansı iddianı rədd edib.