25 noyabr 2024 14:18
80

Rusiya Belqorod vilayətinin əhalisini köçürür?

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, regionun bəzi yaşayış məntəqələrinə səfərə qadağa qoyulması pula qənaət deyil, təhlükəsizlik məsələsidir.

“İki sahil” xəbər verir ki, o, bu barədə “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

Qladkovun sözlərinə görə, hakimiyyət vəziyyəti nəzərə alaraq, bir sıra yaşayış məntəqələrinə girişi bağlamaq və insanların köçürülməsinə başlamaq qərarına gəlib.

“Orada yaşamaq mümkün deyil. Təbii ki, evi olan hər bir insan - kimsə orda doğulub böyüyüb, kimsə miras qalıb - bu, təbii ki, faciədir, amma ən böyük faciə, tamamilə açıq-aydın, ölümdür. Söhbət pula qənaətdə deyil, insanların həyatını necə xilas etməkdədir”.

Bundan əvvəl bildirilmişdi ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin Belqorod vilayətinin Oktyabrski kəndinə hücumu nəticəsində bir mülki şəxs yaralanıb.