Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının Ukraynada sülhə nail olmaq istəyi ilə bağlı bəyanatlarını “görməyi bacarıb”.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, Bayden administrasiyasının münaqişəni gərginləşdirməkdə davam etdiyini bildirib.
“Bəli, mən bu bəyanatı gördük. Həqiqətən də Trampın administrasiyada vəzifələrə namizədliyi irəli sürülmüş şəxslər arasından “sülh” və ya “sülh planı” sözü eşidilir, lakin indiki administrasiya nümayəndələrinin ağzından belə sözlər eşidilmir.", - deyə, Peskov bildirib.
Mətbuat katibinin sözlərinə görə, ABŞ-ın hazırkı administrasiyası bu cür təxribatçı, eskalasiya xarakterli hərəkətlərini davam etdirir”.