İsrail Ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrini və Livanın cənubunu atəşə tutması nəticəsində 120-dən çox fələstinli və livanlı həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, son sutkada İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 55 nəfər ölüb, 192 nəfər yaralanıb. İsrailin Livana endirdiyi zərbələr zamanı isə 71 nəfər ölüb, 169 nəfər yaralanıb.