İspaniyada baş verən daşqınlar nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb, onlarla insan hələ də itkin sayılır.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
İspaniyanın Baş naziri Pedro Sançesin sözlərinə görə, hökumət fəlakət bölgəsində yerləşdirilmiş 2 500 hərbçidən əlavə, axtarış və təmizləmə işlərinə kömək üçün daha 5 000 hərbçi göndərir.