03 noyabr 2024 02:52
193

Almaniyanın hakim koalisiyası razılığa gələ bilmir

Almaniyada Sosial Demokrat Partiyasının və Azad Demokrat Partiyasının nümayəndələri iqtisadi planla bağlı razılığa gələ bilmirlər.

“İki sahil” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Sosial Demokrat Partiyasının həmsədrləri Saskia Esken və Lars Klinqbeil Azad Demokrat Partiyasının lideri Kristian Lindnerin təklif etdiyi iqtisadi planı açıq şəkildə rədd ediblər.

“Onun orada sadaladığı məqamlar koalisiyada həyata keçirilə bilməz”, - Saskia Esken Hamburqda Sosial Demokrat Partiyasının tədbirində deyib.