02 noyabr 2024 12:25
204

İspaniyada yağış və daşqınlar nəticəsində ölənlərin sayı 207-yə yüksəlib

İspaniyada leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 207-yə yüksəlib.

“İki sahil” xarici mətbuata istinadla verdiyi məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Fernando Qrande-Marlaska xəbər verib.

Nazirin qeyd edib ki, ekspert qiymətləndirmələrinə əsasən, tüğyan edən təbii fəlakət nəticəsində ölənlərin sayı artacaq.

İspaniya hökuməti yağış və daşqın qurbanları üçün üç günlük rəsmi matəm elan edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”