Serbiyanın ən sıx məskunlaşdığı Novi Sadda qatar stansiyasında beton damın uçması nəticəsində 14 nəfər həlak olmuşdur.
“İki sahil” “BBC News”a istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Vuçiç məlumat verib.
“Ümid edirik ki, bu son rəqəmdir, 14 nəfər ölüb. Onlardan beşinin şəxsiyyətini müəyyən edə bilmədik”, - Vuçiç faciədən bir neçə saat sonra deyib.
Xilasetmə əməliyyatı başa çatıb. Ölən 14 nəfərdən əlavə 3 nəfər yaralanıb.
Serbiya hakimiyyəti şənbə günü matəm günü elan edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”