02 noyabr 2024 09:01
198

Tramp: Harrisə Rusiya və Çinlə danışıqlar aparmağa etibar etmək olmaz

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, onun demokrat rəqibi Kamala Harris noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, ABŞ Rusiya və ya Çin arasında danışıqların öhdəsindən gələ bilməyəcək.

“İki sahil”in məlumatına görə, Harrisi çox zəif və səriştəsiz, IQ səviyyəsi son dərəcə aşağı qiymətləndirən Trampın fikrincə, çox zəif və səriştəsiz bir şəxsə böyük səlahiyyət verməkdən daha təhlükəli bir şey yoxdur.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyasını keçmiş dövlət başçısı Donald Tramp, Demokratlar Partiyasını isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”