Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında törədilən terror aktında əli olduğu ehtimal edilən daha iki nəfər həbs edilib.
“İki sahil” xəbər verir ki, əldə olunan məlumata görə, onlar konsert salonuna hücum edən terrorçuları silahla təmin ediblər.
Daha iki cinayət ortağı müəyyən edilsə də, onlar qaça bilib və hazırda onların axtarışı davam etdirilir. (APA)