01 noyabr 2024 22:54
208

BMT TŞ-yə sədrlik Britaniyaya keçib

BMT Təhlükəsizlik Şurasına sədrlik İsveçrədən Böyük Britaniyaya keçib.

“İki sahil” xəbər verir ki, Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord ay ərzində TŞ-nin proqramını təşkilatın Nyu-Yorkdakı qərargah binasında jurnalistlərə təqdim edib.

Səfir bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə ay ərzində TŞ-nin gündəmində olacaq. O deyib ki, BMT-nin Qəzzaya effektiv humanitar yardım göstərməsi üçün ölkəsi səfərbər olacaq: “Böyük Britaniya Fələstinin yeni hökümətini dəstəkləyir və ətəşkəs üçün səylərin güclənəcəyinə ümid edirik”.

B.Vudvord qeyd edib ki, Ukraynada davam edən münaqişə də TŞ-nin gündəmində olacaq: “Biz bilirik ki, Şimali Koreya və İran Rusiyanı silahla dəstəkləməyə davam edir. Şimali Koreyanın lideri 10 min qoşununu Rusiyada Ukraynaya qarşı hazır hala gətirib. Biz prezidentliyimizi Rusiyanın cinayətlərini və dezinformasiyanı ifşa etmək üçün istifadə edəcəyik. İranın silah tədarükü və Rusiyanı silahla dəstəkləməsi bizə məlumdur. Böyük Britaniya bununla bağlı manitorinqlər aparır və məsələ ilə bağlı faktlar TŞ-nin gündəmində olacaq”.

Səfir əlavə edib ki, Böyük Britaniyanın xarici işlər naziri TŞ-nin iclaslarında iştirak edəcək və Əfqanıstan, Sudan və Liviyada davam edən münaqişələr də TŞ-nin gündəmində olacaq.