Türkiyədə "İstiklal" marşı oxunarkən ayağa qalxmayan iki nəfər saxlanılıb.
“İki sahil” xəbər verir ki, Iğdırda baş tutan "Amed Sportive Activities" - "Pendikspor" matçı öncəsi TUSAŞ-da şəhid olan vətəndaşlar üçün təşkil edilən sükut anında tribunalarda ayağa qalxmayan 2 nəfər saxlanılıb.
Həmin şəxslər himn oxunarkən də ayağa qalxmayıb.
Polis rəsmiləri milli dəyərlərə hörmətin vacibliyini vurğulayaraq, bu cür davranışın yolverilməz olduğunu vurğulayıblar. Saxlanılan şəxslər barəsində məhkəmə prosesi davam etdirilir. (Milli.Az)