Noyabrda Peruda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.
“İki sahil” ANSA-ya istinadla xəbər verir ki, Peru parlamenti noyabrın 13-dən 16-dək paytaxt Limada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı hökumətə təhlükəsizlik missiyalarında dəstək olmaq üçün 600 Amerika əsgərinin göndərilməsini təsdiqləyib.
Sammit ABŞ və Çin də daxil olmaqla Asiya və Sakit Okean hövzəsinin 21 əsas iqtisadiyyatını bir araya gətirir və daha bir nəqliyyat tətili və digər hökumət əleyhinə nümayişlərin elan edilməsindən sonra sosial qarşıdurma şəraitində keçirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”