Afinada İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası zamanı baş verən qarşıdurmada 12 polis və 2 yanğınsöndürən yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Afina Makedoniya Xəbər Agentliyi məlumat yayıb.
Qarşıdurma zamanı polis çevik qüvvəsi gözyaşardıcı qazdan istifadə edib, yanğınsöndürənlər isə asayiş keşikçilərinə müxtəlif əşyalar atıblar.
Yaz-payız yanğın təhlükəsi dövrü üçün mövsümi müqavilə ilə işə götürülən yanğınsöndürənlər oktyabrın 31-də nazirliyin yaxınlığında onlarla müddətli əmək müqaviləsinin bağlanmasına etiraz əlaməti olaraq aksiya keçiriblər.
Axşam saatlarında nazirliyin binasına daxil olan yanğınsöndürənlər binanın simvolik zəbtini həyata keçirib, nəticədə polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edərək müdaxilə edib.