İspaniyada son 30 ilin ən ölümcül daşqınlarında ölənlərin sayı 158 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə EFE agentliyi ölkə hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Fövqəladə hallar xidmətləri, xilasedicilər və hərbçilər tərəfindən axtarış və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam etdirilir. İspaniyanın baş naziri Pedro Sançes cümə axşamı daşqınlardan ən çox zərər çəkən Valensiyaya səfər edib.
O, sakinləri mümkünsə evdə qalmağa və təcili yardım xidmətlərinin tövsiyələrinə əməl etməyə çağırıb.
Qeyd edək ki, Valensiyanın bəzi hissələrinə 400 mm-dən çox yağıntı yağıb ki, bu da bir illik yağıntı normasına bərabərdir.