31 oktyabr 2024 21:17
212

ABŞ Bakı və İrəvanın sərhədlərin delimitasiyası qaydalarının rəsmiləşdirilməsini alqışlayır

Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydaları rəsmiləşdirmək qərarını alqışlayır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu, davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir:

“Biz regionda təhlükəsizlik, firavanlıq naminə davamlı və layiqli sülhə nail olmaq üçün hər iki tərəfin işini dəstəkləyirik”, - Miller bildirib.