İspaniyada intensiv yağışlar və sel nəticəsində azı 104 nəfər ölüb.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, 92 nəfər Valensiyada, 2 nəfər Kastilya-La-Mançada (Madridin cənubunda) və 1 nəfər Malaqada həyatını itirib.
Qeyd edək ki, oktyabrın 29-da İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu və hava əlaqələrini pozub. Ən çox zərər çəkən bölgələrin sakinləri evlərini tərk etməməyə çağırılıb.