Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiya və Ukrayna münaqişənin ilkin şərt olmadan həlli üçün danışıqlara başlamalıdır. Onun fikrincə, Minsk də danışıqlar masası arxasında olmalıdır.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, bunu Avrasiya təhlükəsizliyi üzrə Minsk Beynəlxalq Konfransında bildirib.
“Mənim “sivil Qərb”in ağıllı nümayəndələri ilə son təmaslarım göstərir ki, biz müəyyən meyl inkişaf etdirmişik. Qərb nəhayət başa düşdü ki, Ukrayna ilə razılaşmaq lazımdır. Bu gün heç-heçə ola bilər. Mən bunu idman üslubunda deyirəm”, -deyə Lukaşenko bildirib.
Belarus prezidenti qeyd edib ki, vəziyyət hər gün dəyişir. Onun fikrincə, indi hər şey bir nəfərin - Ukrayna prezidenti Vladimir Zelenskinun üstünə düşür: “Ukrayna hərbçiləri müharibəyə son qoymaq istəyirlər. Ukrayna döyüş meydanında qalib gəlməyəcək. Ukraynalılar və Qərb bunu artıq başa düşür. Bu istiqamətdə hərəkət etməliyik, danışıqlar aparmalıyıq.”
Aleksandr Lukaşenko həmçinin bildirib ki, Belarus da danışıqlar masası arxasında olmalıdır. O, ölkəsi üçün təhlükəsizlik təminatlarını müzakirə etmək istəyir.