2022-ci ildə ukraynalı generallar Belarus prezidenti Aleksandr Lukaşenkoya zəng edərək təslim olmaq üçün onları Rusiya lideri Vladimir Putinlə əlaqələndirməyi xahiş ediblər.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu barədə Belarus lideri Avrasiya təhlükəsizliyinə dair konfransda məlumat verib.
“Kiyevin kənarında qoşunlar dayanmışdı. Heç kim onları dayandırmadı. Ukraynalı generallar mənə zəng edərək müharibəni dayandırmaq və təslim olmaq üçün mənim vasitəmlə Putinlə əlaqə saxlamağımı istədilər”, - deyə, Lukaşenko bildirib.
Rusiya komandanlığı qoşunlarını Ukraynanın paytaxtından kənara çəkdi: “Və nəticə nədir? Biz görürük”.