31 oktyabr 2024 13:51
180

Moskva ilə Pxenyan arasında əməkdaşlıq heç kimi qorxutmamalıdır - Peskov

Rusiya KXDR ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır. Moskva ilə Pxenyan arasında əməkdaşlıq heç kimi qorxutmamalıdır.

“İki sahil” “Kommersant”a istinadla  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Jurnalistlər Dmitri Peskovun diqqətini Şimali Koreyanın Yaponiyanın hesablamalarına görə 15 min km məsafəni qət etməyə qadir olan ballistik raket buraxmasına çəkib. Rusiya prezidentinin mətbuat katibindən soruşublar ki, Rusiyanın KXDR-ə raket texnologiyası ilə kömək etdiyini söyləmək olarmı?

“Məndə belə bir məlumat yoxdur. Müdafiə Nazirliyində ondan soruşmaq lazımdır. Biz imzaladığımız müqaviləyə sadiq qalırıq. Biz qonşumuzla, əslində, bütün sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlıyıq. Bu, heç kəsi nə qorxutmalı, nə də narahat etməlidir. Qonşu dövlətlər kimi münasibətləri inkişaf etdirmək həm KXDR, həm də Rusiyanın suveren hüququdur” -deyə Peskov bildirib.