31 oktyabr 2024 13:11
169

Peskov Kadırovun digər regionların işlərinə qarışmasına münasibət bildirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbərliyi ilə Vladimir vilayətinin hakimiyyət orqanları arasında regiondakı məktəblərdə hicab qadağası ilə bağlı mübahisə ilə bağlı vəziyyəti şərh edib.

“İki sahil” “Kommersant”a istinadla  xəbər verir ki, o, bildirib ki, hər bir regionun öz səlahiyyətləri var və Kreml onların müzakirəsində iştirak etmir.

“Hər bir region öz səlahiyyətlərini həyata keçirir. Biz bu müzakirədə iştirak etmirik”, - deyə Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun digər regionların işlərinə qarışması faktına Kremlin necə baxdığı barədə suala cavab verib.

Xatırladaq ki, ötən həftə Vladimir vilayətində məktəblilərin hicab və niqab taxmağı qadağan edib. Bölgənin vitse-qubernatoru Vladimir Kuimov iddia edir ki, məktəblilərin dini mənsubiyyətini nümayiş etdirən əşyalar geyinməsinə qoyulan qadağa münaqişəli vəziyyətlərə görə tətbiq edilib.